ABŞ-dan Maduronun təyyarəsi ilə bağlı açıqlama

ABŞ Ədliyyə Nazirliyi Venesuela Prezidenti Nikolas Maduronun təyyarəsini ələ keçirdiyini açıqlayıb.

Metbuat.az xəbər verir ki, açıqlamada deyilir ki, “Dassault Falcon 900EX” təyyarəsi Dominikan Respublikasında ələ keçirilib. Hava laynerinin saxlanılmasına səbəb ABŞ-nin ixrac nəzarəti və sanksiya qanunlarını pozması göstərilir. ABŞ tərəfi təyyarənin qanunsuz olaraq 13 milyon dollara alındığını irəli sürür. Təyyarə ABŞ-a gətirilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı