Qulançar bu xəstəliklərin dərmanı imiş

Qulançar bütün il boyu mövcud olan bir tərəvəzdir. Bu tərəvəzlər yaxşı bir lif, C vitamini və fol turşusu, xrom mənbəyidir.

Metbuat.az bildirir ki, qulançar həm də qan laxtalanması və sümük sağlamlığı üçün vacib qida olan K vitamini ilə zəngindir.

Qulançar ürəyin, sümüklərin, böyrəklərin və sinirlərin sağlamlığını qorumaq üçün vacib bir qida maddəsi olan kalium ehtiva edir. Tərkibindəki qlutatyon sayəsində qulançar istehlakı sümük, döş, kolon, qırtlaq və ağciyər xərçəngi kimi xərçəngin müəyyən formalarından qorunmağa və mübarizə aparmağa kömək edə bilər.

Qulançar hüceyrələrə zərər verən sərbəst radikalları zərərsizləşdirmək qabiliyyətinə görə ən yaxşı tərəvəzlərdən biridir. Digər potensial yaşlanma əleyhinə qidalarla yanaşı, qulançar yaşlanma prosesini yavaşlatmağa və iltihabı azaltmağa kömək edə bilər.

Bu ləzzətli tərəvəzin başqa bir faydası beynimizə koqnitiv geriləmə ilə mübarizə apara bilməsidir.

Eyni zamanda, qulançarın tərkibində təbii sidikqovucu kimi fəaliyyət göstərən, sidik ifrazını artıran və orqanizmi artıq duzdan xilas edən birləşmələr var. Xüsusilə ödəmdən (bədən toxumasında maye yığılmasından) əziyyət çəkən insanlar üçün, həmçinin yüksək qan təzyiqi və ya digər ürək xəstəlikləri olan insanlar üçün faydalıdır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı