​“Real” Ardanı satıb bu futbolçunu alacaq - Peres qərarını verdi

“Real Madrid” klubu növbəti mövsüm üçün yeni transferlər üzərində işləyir.

Metbuat.az xəbər verir ki, prezident Florentino Peres növbəti mövsüm üçün artıq kimin gəlib, kimin gedəcəyini müəyyən edib. Kataloniya mətbuatı “E-Noticies”in məlumatına görə, Florentino Peres əvvəlcə Arda Güler və Brahim Diazın eyni mövqe üçün yarışdığını və bu iki oyunçunun eyni anda oynaya bilməyəcəyini müəyyən edib. Bildirilir ki, Bellinqhem artıq bu mövqenin əsas sahibi olduğu üçün, ehtiyat oyunçular skamyasında Arda və Diaz kimi iki yaxşı oyunçunun olması komandada problemlər yaradır. Buna görə də, Peres Brahim Diaz-Arda Güler cütlüyündən birini satmaq qərarına gəlib. O, Arda və ya Diazı azı 50 milyona satmaq istəyir.

Peres buradan gələn gəlirlə yarımmüdafiə xəttini gücləndirmək istəyir. Çouameni hələlik bu mövqedə uğurlu oyun nümayiş etdirə bilmədiyinə görə, Peres “Mançester Siti”nin futbolçusu Rodrini komandaya gətirmək istəyir. Xəbərdə deyilir ki, Rodriqo “Real”a gəlməyə razılıq verərsə, Peres Arda və ya Diazın satışına həyata keçirəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı