​TƏBİB 19 yaşlı qızın ölümünün ilkin səbəbini açıqladı

TƏBİB Zərdabda 19 yaşlı qızın əməliyyatdan sonra ölümünün ilkin səbəbini açıqlayıb.

Metbuat.az Report-a istinadən xəbər verir ki, sentyabrın 4-ü saat 17:00 radələrində 2005-ci il təvəllüdlü şəxs (qadın) Zərdab Rayon Mərkəzi Xəstəxanasına muraciət edib.

"Diaqnostik və labarotor müayinələr aparıldıqdan sonra, xəstəyə laparoskopik appendektomiya əməliyyatı icra olunub", - qurumdan bildirilib.

Qeyd olunub ki, daha sonra xəstə qənaətbəxş vəziyyətdə Cərrahiyyə şöbəsinə köçürülüb:

"Bu zaman onun hemodinamik göstəriciləri norma daxilində olub. Bu gün səhər saat 07:00-da xəstənin vəziyyəti anidən ağırlaşdığından dərhal Reanimasiya şöbəsinə yerləşdirilib. Aparılan reanimasiyon tədbirlərə və həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı