Azərbaycan yığması İsveçə məğlub oldu - Millətlər Liqası

UEFA Millətlər Liqasında İsveç yığması ilə qarşılan millimiz 1:3 hesabı ilə məğlub olub.

Metbuat.az-ın məlumatına görə, C Liqasının I qrupu çərçivəsində Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan görüşün 65-ci dəqiqəsində hesabı açan Aleksandr İsak 71-ci dəqiqədə ikinci qolu vurub. Daha sonra İsveç millisində Viktor Gyökeres 80-ci dəqiqədə penaltidən fərqlənməklə hesabı artırıb. Millimizdən isə Renat Dadaşov 82-ci dəqiqədə rəqib qapısına yol tapıb.

Qeyd edək ki, 45+7-ci dəqiqədə Azərbaycan millisinin heyətində Ramil Şeydayev penalti zərbəsindən yararlana bilməyib.

***

21:15

UEFA Millətlər Liqasında keçirilən Azərbaycan - İsveç matçında ikinci hissə başlayıb.

Metbuat.az-ın məlumatına görə, C Liqasının I qrupu çərçivəsində Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan görüşdə hesab açılmayıb.

Qeyd edək ki, 45+7-ci dəqiqədə Azərbaycan millisinin heyətində Ramil Şeydayev penalti zərbəsindən yararlana bilməyib.

***

20:01

UEFA Millətlər Liqasında Azərbaycan - İsveç matçına start verilib.

Metbuat.az-ın məlumatına görə, görüş C Liqasının I qrupu çərçivəsində, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilir.

Qarşılaşmanı macarıstanlı FIFA referisi Balaş Berkey idarə edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı