Portuqaliya Xorvatiyadan üstün oldu, İspaniya Serbiya ilə bacarmadı

UEFA Millətlər Liqasında qrup mərhələsi görüşlərinə start verilib.

Metbuat.az xəbər verir ki, ilk oyun günündə Azərbaycan - İsveç görüşündən başqa daha səkkiz matç keçirilib.

Portuqaliya-Xorvatiya oyunu 2:1 hesabı ilə portuqalların xeyrinə başa çatıb. Digər görüşlərdə San-Marino tarixində ilk dəfə rəsmi matçda qələbə qazanıb. Cırtdan ölkənin seçmə komandası evdə Lixtenşteynə minimal hesabla qalib gəlib - 1:0. Slovakiya isə səfərdə eyni nəticə ilə Estoniyanı məğlub edib - 0:1.

Serbiya - İspaniya və Belarus - Bolqarıstan matçlarında hesab açılmayıb - 0:0.

Polşa səfərdə Şotlandiya üzərində qələbəni son saniyələrdə qazanıb - 2:3.

Həmçinin, Şimali İrlandiya Lüksemburqdan, Danimarka eyni hesabla İsveçrədən üstün olub - 2:0.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR