22 yaşlı argentinalı ulduz türk klubuna doğru

"Fənərbağça" Kristian Medinanı heyətinə qatmaqda israrlıdır.

Metbuat.az Fotomaç-a istinadən xəbər verir ki, buna səbəb baş məşqçi Joze Mourinyodur. Portuqaliyalı çalışdırıcı 22 yaşlı futbolçunu heyətində görmək istəyir. Məşqçisinin xahişindən sonra rəhbərlik “Boka Xuniors”a yeni təklif edib və gözləyir.

Artıq 4-cü təklifini edən İstanbul klubu sentyabrın 13-dək transferi başa çatdırmağı hədəfləyib. Medina "Boka Xuniors" prezidenti Juan Roman Riquelme ilə də üzbəüz görüş keçirib.

O, ayrılmaq istədiyini və Joze Mourinyo ilə işləmək arzusunda olduğunu açıq şəkildə bildirib. Riquelme bu görüşdən sonra Medinanın satılmasının daha yaxşı olacağını qəbul etdiyi bildirilib.

Medina Paris Olimpiadasında Argentina millisinin heyətində yer alıb. Joze Mourinyo 4 matçın hamısında futbolçuya canlı baxıb və onu bəyənib.

"Fənərbaxça" hətta Medinanın müqaviləsini belə hazırlayıb. Futbolçu ilə 2029-cu ilə qədər müqavilə imzalanacaq və tanqoçuya illik 2 milyon avrodan çox maaş veriləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı