Türk klubları ilə adı çəkilən Martiala sürpriz təklif

2015-ci ildən "Mançester Yunayted"ə transfer olunan Antoni Martial yayın əvvəlində İngiltərə komandası ilə vidalaşıb. Hələ heç bir klubla müqavilə imzalamayan 28 yaşlı futbolçu üçün yeni transfer iddiası irəli sürülüb.

Metbuat.az xəbər verir ki, tanınmış insayder Fabrizio Romanonun xəbərinə görə, Pedro zədəsi səbəbindən uzun müddət meydanlardan uzaq qaldıqdan sonra "Flamenqo" klubu Antoni Martialı gündəmə gətirib. Xəbərdə Braziliya komandasının fransız futbolçu ilə əlaqə saxladığı və danışıqlara başladığı bildirilib.

Qeyd edək ki, Antoni Martial “Mançester Yunayted” karyerasında ümumilikdə 317 oyun keçirib. Martial bu matçlarda 90 qol vurub və 47 məhsuldar ötürmə edib.

Xatırladaq ki, Martialın adı türk klubları ilə də hallanırdı.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı