ABŞ Ukraynaya yeni yardım paketini açıqlayacaq

ABŞ prezidenti Co Bayden bu gün Ukraynaya 250 milyon dollarlıq yeni yardım paketini açıqlayacaq.

Metbuat.az UNİAN-a istinadən bildirir ki, bunu ABŞ-nin müdafiə naziri Lloyd Ostin Almaniyadakı aviabazada keçirilən Ukraynanın müdafiəsi üzrə təmas qrupunun (Ramşteyn-24) iclasının əvvəlində deyib.

“Prezident Bayden bu gün Ukrayna üçün əlavə 250 milyon dollarlıq təhlükəsizlik yardımı paketini elan edəcək”.

Onun sözlərinə görə, yeni yardım paketi Ukraynanın ehtiyaclarını ödəmək üçün imkanları gücləndirməyə kömək edəcək. ABŞ müdafiə naziri həmçinin əmin edib ki, Ukraynaya “müharibə sürətinə” uyğun olaraq yeni yardımlar gələcək.

Ostin onu da bildirib ki, iyunda keçirilən əvvəlki Ramşteyn görüşündən bəri ABŞ Ukraynaya təhlükəsizlik üçün 4 milyard dollardan çox yardım göstərməyi öhdəsinə götürüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı