Tayfun Çində iki nəfərin ölümünə səbəb oldu

"Yagi" tayfunu Çində iki nəfərin ölümünə səbəb olub.

Metbuat.az bildirir ki, bununla bağlı “Xinhua" məlumat yayıb. Tayfun nəticəsində azı 92 nəfərin xəsarət aldığı bildirilir. Məlumata görə, fəlakət səbəbindən 800 mindən çox ev elektrik enerjisiz qalıb.

Mütəxəssislər "Yagi" tayfununu son on ildə regionda ən güclü tayfunlardan biri adlandırıblar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR