Xüsusilə Səudiyyə Ərəbistanı və Qətər komandalarından ciddi maraq göstərən Hakim Ziyeş karyeraslna "Qalatasaray"la davam etməyə hazırlaşır.
Metbuat.az bildirir ki, "Qalatasaray"ın cinah transferi UEFA-ya açıqlanan heyətə yetişməyib, buna görə də Hakim Ziyeçlə bağlı plan dəyişib. Rəhbərlik çox yaxşı təklif gəlmədiyi halda Ziyeşi komandada saxlamaq qərarına gəlib.
Qeyd edək ki, mərakeşli futbolçunun "Qalatasaray"la daha 1+1 illik müqaviləsi var. Hakim Ziyeş bu mövsüm “Qalatasaray”ın heyətində 4 oyun keçirib.