Mehriban Əliyeva Lamiyə Vəliyevanı təbrik etdi

Birinci vitse-prezident Mehriban Əliyeva Parisdə keçirilən Yay Paralimpiya Oyunlarının çempionu Lamiyə Vəliyeva ilə bağlı paylaşım edib.

Metbuat.az xəbər verir ki, paylaşımda deyilir:

    “Paris-2024” Yay Paralimpiya Oyunlarında dünya rekordunu yeniləmiş qızıl mükafatçımız Lamiyə Vəliyevanın növbəti qələbəsi! Gümüş medal! Azərbaycanı layiqincə təmsil edən idmançımızı səmimi-qəlbdən təbrik edir, ona güc, enerji və yeni qələbələr arzulayıram!"


    Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
    0552252950 (Whatsapp)

    BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR