Azərbaycanda neft emalı azalıb

Cari ilin yanvar-avqust aylarında Azərbaycanda 4,4 mln. tona yaxın neft emal edilib, bu da illik müqayisədə 4,8% azalma deməkdir.

Metbuat.az Energetika Nazirliyinə istinadən xəbər verir ki, ötən ilin müvafiq dövründə ölkədə 4,2 mln. ton neft emal edilib.

Xatırladaq ki, ötən il Azərbaycanda 6,5 mln. tona yaxın neft emal edilib, bu da illik müqayisədə 4,84% çoxdur.

Qeyd edək ki, Azərbaycanda neft, təməli 1953-cü ildə qoyulmuş Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda emal edilir. Zavod respublikanın neft məhsullarına olan tələbatını tam ödəyir. Hazırda NEZ-də yenidənqurma və modernləşdirmə işləri aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı