"Diqqətimizi Bakıya yönəltmişik" - Meydan oxudu

McLaren Monzadakı uğurlu nəticələrdən sonra diqqətini Azərbaycan Qran Prisinə yönəldib.

Metbuat.az xəbər verir ki, komandanın direktoru Andrea Stella Bakının hər il maraqlı yarış təklif etdiyini və komandanın bu rəqabətə hazır olduğunu vurğulayıb. O deyib:

“Biz Monzadan daha iki kubokla ayrıldıq və indi bütün diqqətimizi Azərbaycan Qran Prisinə yönəltmişik. Bakıda həmişə azarkeşlər üçün həyəcanlı yarış olub. Bakı komandalara maraqlı rəqabət təklif edir. Bizim rəqabətədavamlı avtomobilimiz və ardıcıl olaraq komandaya güclü xallar qazandıran iki böyük sürücümüz var. Mövsümün son üçdəbir hissəsinə başlamağı səbirsizliklə gözləyirik”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR