Putin Çinin xarici işlər naziri ilə görüşdü

Vladimir Putin Sankt-Peterburqda Çinin xarici işlər naziri Van Yi ilə görüşüb.

Metbuat.az xəbər verir ki, danışıqların əvvəlində Putin Rusiya ilə ÇXR arasında münasibətlərin qarşılıqlı faydalı olduğunu, hər iki ölkənin ədalətli dünya nizamı prinsiplərini müdafiə etdiyini bildirib.

Prezident oktyabrda Kazanda keçiriləcək BRİKS sammitində Çin sədri Si Tsinpinlə ikitərəfli görüş keçirməyi planlaşdırdığını qeyd edib.

Rusiya tərəfdən görüşdə Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu iştirak edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı