Aparıcı Murad Əzimzadə yenidən ali təhsil almaq qərarına gəlib.
Metbuat.az Axşam.az-a istinadən xəbər verir ki, aparıcı Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına qəbul olduğunu açıqlayıb.
O bildirib ki, "Siyasi idarəetmə" fakültəsinə qəbul olub.:
"Beynəlxalq münasibətlər ixtisası üzrə təhsilə davam. Yolumuz uzun, enerjimiz çox. Təhsilimizi və təcrübəmizi artırıb, dövlətə, xalqa faydalı olmaq lazımdır".