Türkiyə bu ölkənin müdafiəsini üzərinə götürdü - Hərbi gəmilər göndərilir

Türkiyə Hərbi Dəniz Qüvvələrinin döyüş gəmiləri Somaliyə göndəriləcək.

Metbuat.az Türkiyə mediasına istinadən xəbər verir ki, döyüş gəmiləri Somaliyə seysmik tədqiqat gəmilərini müşayiət etmək üçün göndərilir. Türkiyə Hərbi Dəniz Qüvvələrindəki hansı gəmilərin Somaliyə göndəriləcəyi məlum olmas da, bu yaxınlarda Türkiyə ilə Somali arasında mühüm müqavilələr imzalanıb.

Qeyd edək ki, Türkiyə Müdafiə və İqtisadi Əməkdaşlıq Çərçivə Razılaşması çərçivəsində Somalinin dəniz ərazilərini qarşıdakı 10 il müddətində qorumaq vəzifəsini öz üzərinə götürüb. Bu qərarı Somali parlamenti də qəbul edib. Türkiyə mediasının iddiasına görə, Türkiyə Somali sahillərində platforma quracaq. Bu platformadan həm kosmik məqsədlər üçün həm də ballistik raketlərin sınağı üçün istifadə ediləcək. Türkiyədə ballistik raketləri sınaqdan keçirmək üçün ərazi olmadığına görə, Somalinin dəniz sahilləri buna əlverişlidir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı