“iPhone” istifadəçilərinin nəzərinə - Bloklana bilər

"Apple" şirkəti oğurlanmış hissələrdən hazırlanmış "iPhone" cihazlarını bloklayacaq.

Metbuat.az bildirir ki, əgər "iPhone" cihazına başqa bir cihazdan qeyri-qanuni götürülmüş hissə quraşdırılarsa, cihaz uzaqdan bloklana bilər. Məsələn, fərqli bir batareya istifadə olunarsa, ekranda "Batareya sahibinə kilidləndi" mesajı görünəcək.

Bu funksiya yalnız batareyalara deyil, həmçinin ekran, kamera və digər əsas hissələrə də aiddir, bu da "iPhone"un əsas komponentlərini istifadəçi hesabına birləşdirərək oğurluq hissələrin istifadəsini məhdudlaşdırır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı