Narin cinayətində əsas şübhəli odur - DETALLAR

Türkiyənin gündəmində olan Narin Güran cinayətində hazırda əsas şübhəli onun qardaşı Enes hesab edilir.

Metbuat.az "Milliyet"ə istinadən xəbər verir ki, polisin verdiyi məlumata görə, Narinin dırnaq arasından çıxacaq dəri və hüceyrə parçaları qatilin tapılmasında böyük rol oynayacaq.

Qızın böyük qardaşı Enes Güranın qolunda diş izinin olması da diqqətləri ona yönəldir. Eyni zamanda Enesin polisə verdiyi ifadə də ziddiyətlərlə doludur. O, bacısının itkin düşdüyü xəbərini 19:11-də anasından öyrəndiyini bildirib. Enes Güran gözündəki göyərmə ilə bağlı deyib:

"Narini axtararkən qarğıdalılar hər yerimizə dəyirdi. Daha sonra olanardan dolayı kədərimdən özümə yumruq atdım. Məni tibbi ekspertiziyaya apardılar, burada üzümdəki cizgilərin qarğıdalı səbəbindən ola biləcəyini anladım".

Ener Güran prokurorluğa verdiyi ifadədə kənddəki marketə getdiyini deyib, lakin verilən ifadələrdən sonra bunun da yalan olduğu ortaya çıxıb.

Qeyd edək ki, Diyarbəkirin Bağlar rayonunda itkin düşən 8 yaşlı Narin Güranın cəsədi 19 gün davam edən axtarışlardan sonra kənd ərazisində tapılıb. Hazırda onun bir neçə qohumu saxlanılıb və araşdırmalar davam etdirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı