"Alpin" pilotu Bakıda uğursuzluqla üzləşdi

"Alpin" komandasının pilotu Esteban Okon Bakıda keçirilən "Formula 1" üzrə Azərbaycan Qran-prisində uğursuzluqla üzləşib.

Metbuat.az bildirir ki, üçüncü sərbəst yürüş zamanı sürücünün bolidində problem aşkarlanıb.

Onun avtomobili trasda dayanıb, nəticədə qırmızı bayraq qaldırılıb. Qısa fasilədən sonra sınaq yürüşü davam etdirilib.

Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 15-də başa çatacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı