Husilərdən ABŞ-a 310 milyonluq zərər - PUA vuruldu

Yəməndə İranın dəstəklədiyi husilər ölkənin şimalındakı daha bir ABŞ silahlı pilotsuz uçuş aparatını vurduqlarını açıqlayıb.

Metbuat.az xəbər verir ki, husilər bununla da 10-cu MQ-9 Reaper pilotsuz uçuş aparatını vurduqlarını bildiriblər. Məlumata görə, MQ-9 Reaper pilotsuz uçuş aparatınının dəyəri 31 milyon dollardır. Beləliklə, MQ-9 Reapers-ə dəyən ümumi zərər 310 milyon dollar təşkil edib.

Husilərin Hərbi Sözçüsü Yəhya Seri bildirib ki, ABŞ ordusuna aid pilotsuz uçuş aparatı Zemar şəhəri səmasında vurulub. Sözçü Seri Qəzza zolağına dəstək məqsədilə ABŞ və İsrailə qarşı döyüşlər zamanı vurulan MQ-9 tipli PUA-ların sayının 10-a yüksəldiyini bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı