Narinin ölüm səbəbi bəlli oldu - TƏFƏRRÜAT

Türkiyədə gündəm olan Narin Güran boğularaq öldürülüb.

Metbuat.az bildirir ki, bu barədə "CNN Türk" məlumat yayıb. Qeyd olunur ki, boğulma zamanı Narinin ağzından çıxan maye əmisi Səlim Güranın əlinə və oradan da avtomobilin sükanına və oturacağına düşüb. "CNN Türk" Ankara nümayəndəsi Dicle Canova qətlin istintaqı ilə bağlı danışarkən deyib:

“İki ayrı məhkəmə ekspertizasının rəyi gözlənilir. Birincisi İstanbul Ədli Tibb hesabatı, ikincisi Diyarbəkirdir. Diyarbəkirdə bəzi bioloji araşdırmalar aparılır. Narinin İstanbulda meyitindən götürülmüş 91 ayrı tapıntı ətraflı şəkildə araşdırılır. Onun ilkin yarılması Diyarbəkirdə aparılıb. Orada müəyyən tapıntılar olub, lakin onlar dəqiqləşdirilməyib.

Əsl aydın tapıntılar İstanbul Ədli Tibb Qurumundan gələcək. Həmin hesabata '15 gün lazım olacaq' deyilirdi. Sentyabrın 9-da Narinin dəfnindən götürülmüş 91 tapıntı İstanbul Ədli Tibb Qurumuna göndərilib. Hesabatın sentyabrın 23-dək, yəni gələn həftənin əvvəlində hazırlaması gözlənilir.

İlkin məlumata görə, Narinin boğularaq öldürüldüyü müəyyən edilib. Suda boğularaq ölənlərin ağzından çıxan maye olduğu bildirilir. Bu maye əmisinin maşınının qabaq oturacağında və sükanında tapılıb. Narinin əmisinin avtomobilində tapılan DNT-nin ölümdən sonra ağızdan çıxan maye olduğu anlaşılıb.

Maye əmisinin maşınının qabaq oturacağına necə düşdü? Fərziyyələr var, deyirlər ki, 'əmisi ilə əlbir olub'... Onu əmisi öldürüb? Bu nəticə o demək deyil ki, əmi onu öldürüb. Deyilənə görə, əmisi meyiti aparıb. Deyəsən bu maye əminin əlinə keçib. İş hələ bitməyib. Bəs nə vaxt bitəcək? Cəmi 15 gün qalıb. Bu müddət sentyabrın 23-24-nə təsadüf edir. Məhkəmə Tibb Ekspertizası hesabatının nəticələri bir neçə gün ərzində paylaşılacaq. Diyarbəkirdə daha bir araşdırma davam edir. Proses davam edir, hələ tamamlanmayıb”.

Qeyd edək ki, istintaq çərçivəsində avtomobilində Narinə aid olan DNT izləri tapılan əmisi Səlim Güran, cəsədi daşıdığını etiraf edən Nevzat Bəhtiyar, Narinin anası Yüksel Güran və böyük qardaşı Enes Güran da daxil olmaqla 11 nəfər həbs edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı