Maaş və pensiyalarda artım olacaq

Gələn il dövlət büdcəsində sosial müdafiə və sosial təminat üzrə xərclərə 4 milyard 998 milyon manat ayrılması proqnozlaşdırılır.

Metbuat.az Modern.az-a istinadən xəbər verir ki, sosial müdafiə və sosial təminat üzrə xərclərin büdcədə xüsusi çəkisi 12,6 faiz olacaq. Müqayisə üçün bildirək ki, 2024-cü ilin dövlət büdcəsində sosial müdafiə və sosial təminat üzrə xərclər üçün 4 milyard 391 milyon 430 min 496 manat nəzərdə tutulub.

Beləliklə, 2024-cü illə müqayisədə 2025-ci ildə sosial müdafiə və sosial təminat üzrə xərclər 13,8 faiz artırılır.

Sosial müdafiə və sosial təminat üzrə xərclərə pensiyalar, sosial müavinətlər, əmək haqları və s. aiddir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı