Metroda qapıya müdaxilə olundu, sərnişinlər düşürüldü

Metronun “Neftçilər”- “Qara Qarayev” mənzilində qatarın qapılarından birinə müdaxilə edilməsi ilə bağlı maşinistin idarəetmə pultuna siqnal daxil olub.

Metbuat.az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, maşinist stansiyada qatara baxış keçirib, problem aşkarlanmasa da, əlavə qaydada qapıların açılıb-bağlanması və təkrar yoxlama aparılıb. Xətlərdə intervalların daha da artmaması məqsədilə təkrar yoxlamanın qatar xətdə hərəkət etməklə aparılması qərara alınıb. Sərnişinlər düşürülüb, yolboyu bütün qapılarda xüsusi texniki yoxlamalar aparılıb.

Nasazlıq olmadığı üçün qatar “Nərimanov” stansiyasından sərnişinlərlə yoluna davam edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı