Futbolçuların sıx qrafik narazılığı artır - "Biz bezmişik"

Son zamanlar futbolçuların matçların sıx qrafiklə oynanılması ilə bağlı narazılıqları artır.

Metbuat.az xəbər verir ki, bu barədə artıq bir neçə məşhur futbolçu açıqlamasında öz narazılığını bildirib.

İspan futbolçu Rodri:

“Biz tətil keçirməyə yaxınıq. Düşünürəm ki, biz bu nöqtəyə çox yaxınıq. Vəziyyəti başa düşmək o qədər də çətin deyil, soruşduğunuz istənilən oyunçu eyni şeyi deyəcək”.

"Mançester Siti"nin qapıçısı Alisson:

“Heç kim oyunçulardan daha çox matç əlavə etmək barədə nə düşündüklərini soruşmur. Amma hamı bizim nə düşündüyümüzü bilir. Biz bezmişik.”

"Mançester Siti"nin futbolçusu Kevin De Bruyne:

“Düşünürəm ki, problem Klublararası Dünya Çempionatını bitirəndə ortaya çıxacaq. Klublararası dünya çempionatının finalı ilə Premyer Liqanın ilk günü arasında cəmi 3 həftə var. Tətilə getmək və daha 80 oyun oynamaq üçün üç həftəniz var. Amma bu onların vecinə deyil, onları maraqlandıran təkcə puldur”.

Keçmiş futbolçu Tyerri Anri:

“Gəlin AVRO-2024-dən danışaq. Turnirdən zövq aldınızmı? Ən yaxşı oyunçular yorğun idi. Azarkeşlərin mümkün qədər çox matç izləmək istəyini başa düşürəm, lakin mövsümün əvvəlində futbolçuların istirahət etməli olduğunu görmək istəmirəm”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı