5 il "Real"da oynadı, indi "Barselona"ya transfer olmaq istəyir

"Real Madrid"in keçmiş qapıçısı Keylor Navas "Barselona"da oynamaq istəyir.

Metbuat.az xəbər verir ki, "Barselona" Mark-Andre ter Ştegenin zədə səbəbilə sıradan çıxmasından sonra qapıçı axtarır. Hazırda azad agent olan Navas yenidən La Liqada çıxış etmək istədiyini ifadə edib. Navas bildirib ki, "Barselona" onunla müqavilə bağlamaq istəsə, məvacib problem olmayacaq.

Qeyd edək ki, 2014-2019-cu illərdə "Real"da çıxış üsən Keylor Navas, İspaniya klubundan PSJ-yə transfer olub. 2023-cü ildə "Nottingem Forest" klubunda oynayan qapıçı hazırda işsizdir. Bundan əvvəl, "Barselona"nın keçmiş qapıçısı Klaudio Bravo da öz köməyini təklif etmişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR