Həsən Nəsrullah öldürüldü - İddia

İsrail ordusu Livanın cənubunda yerləşən, “Hizbullah”a hədəflərinə zərbələr endirdiyini açıqlayıb.

Metbuat.az xəbər verir ki, bu barədə İsrail ordusu açıqlama verib. Məlumata görə, Beyrutun cənubuna da zərbələr endirilib və paytaxtda güclü partlayışlar eşidilib. Beyrutun səması qara tüstüyə bürünüb. Bəzi mənbələr hücumlar zamanı “Hizbullah”ın lideri Həsən Nəsrullahın həlak olduğunu irəli sürüblər.

Məlumata görə, “Hizbullah” üzvlərinin olduğu iddia edilən 6 bina 15 raketlə vurulub. İsrail mediası hücum zamanı Həsən Nəsrullahın ərazidə olduğunu irəli sürüb. “Hizbullah” hərəkatı isə Həsən Nəsrullahın həyatda olduğunu açıqlayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı