Derbidə oynamayan Arda "Real"dan gedir? - Səbri daşdı

"Atletiko Madrid"- "Real Madrid" matçında Arda Gülerin 1 dəqiqə belə meydana çıxmaması müzakirələrə səbəb olub.

Metbuat.az xəbər verir ki, Ardanın səbrinin daşdığı irəli sürülür. “Planeta Real Madrid”də dərc olunan xəbərdə Arda Gülerin ehtiyatda qalmasından narahat olduğu qeyd edilib. Xəbərdə iddia edilir ki, Arda karyerasını yenidən nəzərdən keçirir. Məlumatda deyilir ki, Mbappe və Diaz zədəli olduğu üçün Karo Ançelotti Modriçi start 11-də oynatmağa qərar verib.

Karlo Ançelottinin türk ulduzun yerinə oyuna Endrik, Fran Qarsia və Lukas Vaskesi daxil etməyə üstünlük verməsi diqqət çəkib. Derbi kimi vacib matçda Ardanın bir dəqiqə belə meydana çıxmaması onun “Real”dan ayrıla biləcəyi iddialarını gündəmə gətirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı