Kurtuadan "Real Madrid" fanatlarına pis xəbər

"Real Madrid"in "Atletico Madrid"lə oyunda zədələnən qapıçısı Tibo Kurtua 2-3 həftə meydanlardan uzaq qalacaq.

Metbuat.az xəbər verir ki, "Real Madrid" klubundan verilən açıqlamada belçikalı qapıçının zədəsinin sol ayağında olduğu bildirilib.

"Athletic"in nəşrinin məlumatına görə, Kurtua 15 oktyabrdan tez oynaya bilməyəcək.

Belə olan halda 32 yaşlı qapıçı Çempionlar Liqasında "Lille", La Liqada isə "Villarreal" ilə keçiriləcək matçlarda iştirak edə bilməyəcək.

Kurtuanın 19 oktyabrda keçiriləcək "Celta Vigo" qarşılaşmasında meydana çıxması gözlənilir.

Qeyd edək ki, təcrübəli qapıçı bu mövsüm "Real Madrid"in keçirdiyi bütün oyunlara ilk 11-də başlayıb. O, 3 oyunda qapısını qolsun saxlaya bilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı