Çempionlar Liqasının oyunu ləğv edildi

Asiya Çempionlar Liqasının II turunun "Traktor" (Təbriz) - “Mohun Baqan” (Hindistan) oyunu ləğv edilib.

Metbuat.az xəbər verir ki, oktyabrın 2-si baş tutmalı olan görüş qonaq komandanın Təbrizə gəlməməsi səbəbindən keçirilməyəcək.

Hindistan təmsilçisinə Asiya Futbol Konfederasiyası tərəfindən 0:3 hesablı texniki məğlubiyyət verilməsi gözlənilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR