​Gözlədi, gözlədi sürpriz seçim etdi - Ramos bu klubla anlaşdı

"Sevilya"dan ayrılandan sonra klubsuz qalan Serxio Ramos sürpriz seçim edib.

Metbuat.az xəbər verir ki, bir sıra klubların gündəmində olan futbolçunun Misirə transfer olacağı irəli sürülür. İspaniya mətbuatının məlumatına görə, azad agent olan futbolçu Misirin “Zamalek” klubu ilə danışıqlar aparır. Bildirilir ki, tərəflər bir sıra məsələlərdə razılaşıb. Əsas şərtlərin razılaşdırıldığı və tərəflərin müqavilə imzalamaq üzrə olduğu irəli sürülür. Hazırda Serxio Ramosun transfer dəyərinin 2,5 milyon avro olduğu bildirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR