"Real" "Liverpul"un ulduzunu transfer edir

“Real Madrid” “Liverpul”un futbolçusu Trent Aleksander-Arnoldu transfer etmək üçün hərəkətə keçib.

Metbuat.az xəbər verir ki, “Real” futbolçuya yaxın olan şəxslərlə artıq əlaqə qurub. “Relevo” nəşrinin məlumatına görə, Trent Aleksander-Arnold Cud Bellinqemlə yaxın dostdur. Bildirilir ki, “Real” Bellinqemdən transferin reallaşmasında vasitəçi kimi istifadə edir. Məlumata görə, Trent Aleksander-Arnoldun “Liverpul”la müqaviləsi 2025-ci ildə yekunlaşır. Tərəflər yeni müqavilə barədə hələlik razılığa gələ bilməyib.

O, “Real”a transfer olmağa üstünlük verə bilər. Trent Aleksander-Arnold bu mövsüm “Liverpu”lun heyətində 8 oyuna çıxıb və 2 məhsuldar ötürmə verib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR