Hikmət Hacıyev Gəncə terroru ilə bağlı paylaşım etdi

Azərbaycan Prezidenti Administrasiyasının (PA) Xarici siyasət məsələləri şöbəsinin müdiri, Prezidentin köməkçisi Hikmət Hacıyev İkinci Qarabağ müharibəsi ərzində Gəncə şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən ilk raket hücumuna məruz qalmasının dördüncü ildönümü ilə bağlı paylaşım edib.

Metbuat.az xəbər verir ki, paylaşımda deyilir:

"4 oktyabr 2020-ci il tarixində Azərbaycanın Gəncə şəhəri və onun mülki əhalisi Ermənistan tərəfindən atılan Skad ballistik raketləri ilə vuruldu. Bu, İkinci Dünya Müharibəsindən sonra Avropada ballistik raketlərin ilk istifadəsi idi. Məqsəd geniş miqyasda mülki tələfata səbəb olmaq və dəhşət yaratmaq idi".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı