Qanlı Yanvar faciəsi insanlığa qarşı törədilmiş terror aktıdır

Qanlı Yanvar faciəsi insanlığa qarşı törədilmiş terror aktıdır
21:13 19 Yanvar 2015
119 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 19 yanvar, AzərTAc
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə və Hüquq İnstitutunda 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə əlaqədar anma tədbiri keçirilib.
İnstitutdan AzərTAc-a bildirilib ki, əvvəlcə tədbir iştirakçıları şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbirdə bu elm müəssisəsinin direktoru, professor İlham Məmmədzadə 20 Yanvar faciəsi və onun siyasi mahiyyətindən danışıb.
İnstitutun şöbə müdiri, professor Habil Qurbanovun “20 Yanvar faciəsinə hüquqi baxış” mövzusunda məruzəsi dinlənilib. Alim faciəyə tam beynəlxalq hüquqi və siyasi qiymət verilmədiyini, həmin dövrə aid çox sayda istintaq materiallarının itdiyini bildirib.
Digər çıxış edənlər ağır texnikadan və odlu silahlardan istifadə olunmaqla insanlığa qarşı törədilmiş terror aktının Azərbaycan xalqının yaddaşında silinməz iz qoyduğunu vurğulayıblar. Qanlı Yanvar faciəsinin qabaqcadan düşünülmüş və planlaşdırılmış şəkildə həyata keçirildiyi qeyd olunub.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR