Ulduz futbolçu Mourinyoya görə "Qalatasaray"dan üz çevirdi

"Fənərbaxça" yeni transferlər üçün işləri davam etdirir.

Metbuat.az xəbər verir ki, mövsümün fasilə zamanı heyətini gücləndirmək istəyən "Fənərbaxça", "Qalatasaray"ın transfer siyahısında yer aldığı deyilən ulduz futbolçunu transfer etmək üçün hərəkətə keçib. Bildirilir ki, rəhbərlik "Roma"da çıxış edən Paulo Dibala tərəfi ilə danışıqlara başlayıb. Futbolçunun İtalyan klubu ilə müqaviləsi mövsümün sonunda yekunlaşdığı üçün azad agent kimi transfer edilə biləcək.

İddialara görə, futbolçu Joze Mourinyoya görə, "Qalatasaray"ın təklifini rədd edərək, "Fənərbaxça"ya üstünlük verib. Tərəflər “Roma”da birgə işlədiyinə görə, yaxşı münasibətləri var. Qeyd edək ki, Paulo Dibala cari mövsümdə “Roma”nın heyətində 7 oyuna çıxıb və 1 qol vurub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR