Rusiya və Çindən güc nümayişi - Ordular bir araya gəldi

Rusiya və Çin donanması Sakit okeanında hərbi gəmilərlə birgə patrul xidməti həyata keçirib.

Metbuat.az xəbər verir ki, patrul xidməti Asiya Sakit Okean regionunda təşkil edilib. Rusiya Müdafiə Nazirliyinin açıqlamasına görə, Rusiya və Çinə aid döyüş gəmiləri Sakit Okeanın şimal-qərb hissəsində sualtı qayıqlara birgə cavab vermək məqsədi ilə birgə patrul fəaliyyətləri həyata keçirib. Patrulda Rusiya Sakit Okean Donanmasının və Çin Xalq Azadlıq Ordusunun Hərbi Dəniz Qüvvələrinin döyüş gəmiləri iştirak edib.

Qeyd edək ki, Rusiya və Çin ötən ay “Qarşılıqlı fəaliyyət-2024”adlı birgə təlim keçirmişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR