İrana hücum başlayır? - Reyslər ləğv edildi

Birləşmiş Ərəb Əmirliklərinin aviaşirkəti “Emirates” İrana planlaşdırılan bütün reyslərinin ləğv edildiyini açıqlayıb.

Metbuat.az xəbər verir ki, uçuşlar bir müddət sonra bərpa ediləcək. “Emirates” şirkəti tərəfindən sərnişinlərinə göndərilən bildirişdə bölgədəki hadisələrin yaxından izləndiyi və mümkün yeniliklərlə bağlı sərnişinlərlə əlaqə saxlamağa davam edəcəyi qeyd edilib.

Qeyd edək ki, Təl-Əviv rəhbərliyi İranın İsrailə raket hücumundan sonra İrana cavab hücumu təşkil edəcəyini açıqlayıb. Bu mümkün hücumla bağlı şirkətlər uçuş cədvəlində dəyişiliklər edə bilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR