Ağdamda "Mercedes" və "VAZ" toqquşdu - Xəsarət alan var

Ağdamda yol-nəqliyyat hadisəsi baş verib.

Metbuat.az xəbər verir ki, hadisə rayonun Üçoğlan kəndi ərazisində qeydə alınıb.

"Mercedes" və "VAZ" markalı minik avtomobillərinin toqquşması nəticəsində bir nəfər xəsarət alıb. Maşında sıxılıb qalan yaralı, 1995-ci il təvəllüdlü Baxşəliyev Bəxtiyar Yadigar oğlu FHN-nin xilasediciləri tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Yaralıya ilkin tibbi yardım göstərildikdən sonra onun səhhətinin ağır olması səbəbindən dərhal Bakı şəhərində yerləşən xəstəxanalardan birinə yola salınıb.

Faktla bağlı Ağdam rayon polis şöbəsində araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR