Türk Dövlətləri Fintex Alyansı yaradıldı

Bu gün İstanbulda Türk Dövlətləri Fintex Alyansının yaradılması ilə bağlı Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın fintex assosiasiyaları arasında anlaşma memorandumu imzalanıb.

Metbuat.az bu barədə "Azərbaycan Fintex Assosiasiyası" İctimai Birliyinə istinadən xəbər verir.

Məlumata görə, sənəd maliyyə texnologiyalarının inkişafı, qanunvericilik və tənzimləmə, maliyyə inklüzivliyinin artırılması, startap ekosisteminin dəstəklənməsi, beynəlxalq ödənişlərin və köçürmələrin asanlaşdırılması, kibertəhlükəsizlik və bir sıra digər sahələrində daha sıx əməkdaşlıq, təcrübə mübadiləsi və birgə layihələrin həyata keçirilməsini nəzərdə tutur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı