Livandan İsrailin hücumları ilə bağlı açıqlama

Livanın Baş naziri Nəcib Mikati İsrailin Livana hücumları ilə bağlı açıqlama verib.

Metbuat.az xəbər verir ki, o bildirib ki, İsrailin Livana hücumlarını dayandırmaq üçün intensiv diplomatik təmaslar aparılır. Mikatinin sözlərinə görə, atəşkəs elan etmək və daha sonra siyasi həll yolları ilə bağlı yeni danışıqlara başlamaq üçün BMT Təhlükəsizlik Şurasınının toplanmasına dair ABŞ və Fransa arasında danışıqlar davam edir. Mikati bildirib ki, diplomatik təmaslar zamanı onlar İsrailin bütün öhdəliklərinə əməl etməsi şərti ilə BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsini yerinə yetirməyə hazır olduqlarını bir daha bəyan edirlər.

Mikati, İsrailin mülki şəxsləri, eləcə də xilasetmə və yardım qruplarını hədəf alan hücumlarını dayandırmasının prioritet olduğunu vurğulayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR