Ulduz futbolçu "Real" və "Barselona" arasında seçim etdi - Transfer reallaşır

"Bayer Leverkuzen"in gənc ulduzu Florian Virtz böyük təkliflərə baxmayaraq bu mövsüm Bundesliqada qalıb.

Metbuat.az xəbər verir ki, futbolçu ilə “Barselona”, “Real Madrid”, “Arsenal”, “Mançester Siti” kimi klubların maraqlandığı deyilir. Onun gələn mövsüm klubdan ayrıla biləcəyi irəli sürülür. İddia edilir ki, İspaniyada futbol oynamaq istəyən futbolçu “Real” klubuna üstünlük verəcək. Futbolçu “Barselona”nın maddi sıxıntılarına görə “Real”a transfer olmağa üstünlük verib. "Bayer Leverkuzen"in baş məşqçisi Xabi Alonsonun karyerasının da Virtzin qərarına təsir edə biləcəyi və hər iki şəxsin “Real”da görüşə biləcəyi ilə bağlı iddialar var.

Qeyd edək ki, Florian Virtzin "Bayer Leverkuzen"lə müqaviləsi 2027-ci ilə başa çatır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR