DYP sürücülərə müraciət etdi

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.

Metbuat.az xəbər verir ki, daxil olan müraciətdə sürücülərdən yola çıxarkən ehtiyatlı olmaq, yol hərəkəti qaydalarına ciddi riayət etmək bildirilib.

Eyniz amanda sürücülərdən sürət həddini hava şəraitinə uyğun seçmək, külək tutan açıq ərazilərdə ehtiyatlı olmaq, yağışlı havada daha çox ara məsafəsi saxlamaq, qəfil manevr və ya kəskin tormazlama etməmək istənilib.

İdarə qeyri-sabit hava şəraitinin yarada biləcəyi çətinlikləri nəzərə alaraq piyadaları da yollarda məsuliyyətli olmağa çağırıb.

Qeyd edək ki, bu gündən başlayaraq oktyabrın 15-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, bəzi rayonlarda külək və leysan xarakterli yağışla müşahidə olunan kəskin dəyişməsi gözlənilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı