Ardanın yeni ünvanı bu klub ola bilər

Bu mövsüm “Real Madrid”də istədiyi qədər oynamaq şansı olmayan Arda Güler barədə yeni iddia ortaya atılıb.

Metbuat.az xəbər verir ki, Ardanın “Real”da xoşbəxt olmadığı və Türkiyəyə qayıtma ehtimalının müzakirə olunduğu iddia edilir. İspan mətbuatında yer alan xəbərə görə, “Fənərbaxça” gənc ulduzunu mövsümün fasiləsində icarəyə götürmək üçün hərəkətə keçib. AS qəzeti iddia edir ki, Ardanın “Real”da oynamaq şansı çox olmadığı üçün keçmiş klubu "Fənərbaxça"ya qayıtma ehtimalı yüksəkdir.

Baş məşqçi Joze Mourinyonun bu transferin reallaşması üçün birbaşa “Real Madrid” rəhbərliyi ilə əlaqə saxladığı və Ardanı “Fənərbaxça”ya gətirmək üçün səy göstərdiyi irəli sürülür. İcarə müddətinin mövsümün sonuna qədər olacağı deyilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı