Azərbaycan Estoniya millisinə məğlub oldu - Millətlər Liqası

Azərbaycan yığması UEFA Millətlər Liqasında səfərdə Estoniya millisinə məğlub olub.

Metbuat.az-ın məlumatına görə, C Liqasının I qrupundakı qarşılaşmada yığmamız 1:3 hesabı ilə uduzub.

Tallində gerçəkləşən matçda hesabı meydan sahiblərindən 32-ci dəqiqədə İoan Yakovlev açıb. 45+ 1-ci dəqiqədə yığmamız hesaba tarazlıq gətirib. Toral Bayramov penalti zərbəsini dəqiq yerinə yetirib. Bununla belə, Estoniya fasiləyə üstün yollanmağı bacarıb. 45+2-ci dəqiqədə Vlasiy Sinyavski Mehdi Cənnətovun qoruduğu qapıya yol tapıb. Qarşılaşmada yekun hesabı 71-ci dəqiqədə fərqlənən Rokko Robert Şeyn təyin edib.

Qeyd edək ki, Fernandu Santuşun rəhbərlik etdiyi yığma Millətlər Liqasında növbəti oyununu oktyabrın 14-də Slovakiyaya qarşı keçirəcək. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq matç saat 20:00-da start götürəcək.

***

21:32

UEFA Millətlər Liqasının Estoniya - Azərbaycan matçında dördüncü qol vurulub.

Metbuat.az-ın məlumatına görə, C Liqasının I qrupunun görüşündə meydan sahibləri üstünlüklərini bir qədər də artırıblar - 3:1.

71-ci dəqiqədə Rokko Robert Şeyn fərqlənib.

***

21:06

UEFA Millətlər Liqasının Estoniya - Azərbaycan matçında ikinci hissə başlayıb.

Metbuat.az-ın məlumatına görə, C Liqasının I qrupunun görüşündə meydan sahibləri hesabda öndədirlər - 2:1.

Qarşılaşmanı irlandiyalı FIFA referisi Robert Harvi idarə edir.

***

20:52

UEFA Millətlər Liqasının Estoniya - Azərbaycan matçında meydan sahibləri fasiləyə üstün yollanıb.

Metbuat.az-ın məlumatına görə, C Liqasının I qrupunun görüşündə Vlasiy Sinyavski yığmamızı cəzalandırıb - 2:1.

Bu qoldan sonra oyunda birinci hissə başa çatıb.

***

20:46

UEFA Millətlər Liqasının Estoniya - Azərbaycan matçında hesab bərabərləşib.

Metbuat.az-ın məlumatına görə, C Liqasının I qrupunun görüşündə yığmamız hesaba tarazlıq gətirib - 1:1.

44-cü dəqiqədə Toral Bayramov penalti zərbəsini dəqiq yerinə yetirib.

***

20:33

UEFA Millətlər Liqası çərçivəsində keçirilən Estoniya - Azərbaycan matçında hesab açılıb.

Metbuat.az xəbər verir ki, Estoniya 35-ci dəqiqədə fərqlənib. Yakovlev komandasını önə çıxarıb.

***

20:01

UEFA Millətlər Liqasının Estoniya - Azərbaycan matçına start verilib.

Metbuat.az-ın məlumatına görə, C Liqasının I qrupunun görüşü "A.Le Koq Arena”da keçirilir.

Qarşılaşmanı irlandiyalı FIFA referisi Robert Harvi idarə edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR