Koreya yarımdasında PUA gərginliyi

Şimali Koreya Cənubi Koreyanın ötən həftədən bəri Pxenyan üzərinə üç dəfə pilotsuz təyyarələr göndərdiyini iddia edib.

Metbuat.az xəbər verir ki, bu barədə Şimali Koreya Xarici İşlər Nazirliyi bəyanat yayıb. Bəyanatda Cənubi Koreyanın bu addımı hərbi təxribat və suverenliyinin pozulması kimi qiymətləndirilib. Bunun beynəlxalq hüququn açıq və ciddi şəkildə pozulması olduğu vurğulanıb. Açıqlamada deyilir ki,

Cənubi Koreya silahlı münaqişəyə səbəb ola biləcək belə təhlükəli təxribata dərhal son qoymalıdır. Məsələ barədə açıqlama verən Cənubi Koreyanın Baş Qərargahı, Pxenyanın iddialarını rədd edib. Açıqlamada deyilir ki, Şimali Koreya pilotsuz uçuş aparatının göndərilməyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı