Azərbaycanda dünya çempionatı keçiriləcək

2026-cı ildə cüdo üzrə dünya çempionatı Azərbaycanda keçiriləcək.

Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyasının (ACF) mətbuat xidmətindən məlumata verilib.

Bildirilib ki, Beynəlxalq Cüdo Federasiyası və ACF arasında müvafiq razılıq əldə edilib.

Los Anceles-2028 Yay Olimpiya Oyunları üçün lisenziya yarışlarına Bakıda keçiriləcək mundialla start veriləcək.

Qeyd edək ki, 2018-ci ildə cüdo üzrə dünya çempionatı Azərbaycanda təşkil edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR