Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan əhalisinin nominal gəlirləri 61 milyard 587 milyon manat təşkil edib.
Metbuat.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,1 % çoxdur.
Son 1 ildə ölkədə adambaşına düşən nominal gəlir isə 5,6 % artaraq 6 039 manata çatıb.