Makron soyqırıma dəstək verməkdə ittiham olunur

Fransada AvropaFələstin Assosiasiyası Fransa prezidenti Emmanuel Makronu, keçmiş xarici işlər naziri Stefan Sejourne və keçmiş baş naziri Qabriel Attalı Cinayət Məhkəməsinə şikayət edib.

Metbuat.az xəbər verir ki, bu barədə dərnəyin qurucu lideri Olivia Zemor açıqlama verib. O, Makron və digələrini İsrailin hücumlarına məruz qalan Qəzzada müharibə cinayəti, insanlığa qarşı cinayətlər və soyqırıma şərik olmaqda ittiham edib.Zemor bildirib ki, Makron, Attal və Sejournenin Qəzzadakı müharibədə, insanlığa qarşı cinayətlərdə və soyqırımda şərik olduqlarına dair dəlillər təqdim edilib. Onun sözlərinə görə, 3 fransız siyasətçin İsrail hökumətinə hərbi, diplomatik, iqtisadi və mənəvi dəstək verməklə bu cinayətlərdə şərik olublar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı