​Ərəb Liqası İsrailin Livana hücumlarını qınadı

Ərəb Liqası İsrail ordusunun Livana davam edən hücumlarını qınayıb.

Metbuat.az xəbər verir ki, Ərəb Liqasının baş katibi Əhməd Əbu Qeytin imzaladığı bəyanatda İsrail döyüş təyyarələrinin Livanın cənubundakı Nəbatiyə bələdiyyəsinə endirdiyi hava hücumlarına reaksiya verilib.

Açıqlamada deyilir ki, İsrailin hava hücumlarında aralarında Nəbatiyə Bələdiyyə Başçısı və humanitar yardım fəaliyyətləri həyata keçirən bəzi könüllülər də olmaqla çox sayda insan həlak olub. İsrailin ayrı-seçkilik etmədən hava hücumları ilə mülki əhalini və infrastrukturu hədəf aldığı ifadə edilib. Sənəddə İsrailin Qəzzadakı ssenarini Livanda davam etdirdiyi qeyd edilib. Açıqlamada, İsrail ordusunun Qəzza zolağının şimalında fələstinliləri deportasiya etmək üçün hücumlarını davam etdirdiyi, çadırların da bombardman edildiyi bildirilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı