"Qalatasaray"ın nigeriyalı ulduzu Viktor Osimhen mövsümün fasiləsində klubdan ayrılacağı iddialarına münasibət bildirib.
Metbuat.az xəbər verir ki, o məşqdən əvvəl "Qalatasaray"a gəliş hekayəsi, buradakı təcrübələri ilə bağlı açıqlama verib.
"Droqba da burada oynadı. “Qalatasaray”lı azarkeşlərin məni necə qarşıladığını xatırlayanda özümü xoşbəxt hiss edirəm. Buradan daha yaxşı yerdə xoşbəxt ola bilməzdim. Məqsədim bu ili burada başa vurmaqdır. "Qalatasaray"ın məşqçisi ilə danışdım və o, məni çox yaxşı razı saldı. Komandanın nə qədər bacarıqlı olduğunu bilirdim və belə bir komandada uğur qazanacağıma inanırdım”.